İran Ermənistandakı səfirliyinin maliyyə dəstəyi ilə İrəvanda əsaslı təmirdən çıxan məktəbdə “Hafiz zalı” və fars dili sinfi açıb.
AzerTimes xəbər verir ki, bu barədə “Azad İran” saytı məlumat yayıb.
Açılış mərasimində İranın İrəvandakı səfiri Mehdi Sübhani və səfirliyin mədəniyyət müşaviri Məhəmməd Əsədi Movəhhedin iştirak edib.
M.Sübhani Ermənistan hökumətinin məktəblərdə fars dilinin öyrənilməsinə şərait yaratmasını və müəllimlərin fars dilində tədrisini yüksək qiymətləndirərək deyib ki, ölkədə fars dili sinifinin açılması İran və erməni xalqları arasında dostluq əlamətidir.
Məktəbin direktoru Lusin Qriqoryan farscanın tədrisinə dəstəyinə görə İran səfirinə təşəkkür edib, bu dili öyrənən şagirdlərin gələcəkdə iki ölkə arasında körpü rolunu oynayacağına, bilik və bacarıqlarını İran-Ermənistan əlaqələrinin inkişafına sərf edəcəklərinə inandığını bildirib.
Açılış mərasimində habelə erməni şagirdlərə fars dili kitabları paylanılıb.
Qeyd edək ki, İranda 30 milyondan çox Azərbaycan türkü var. Onların ana dilində bir sinif məktəbi belə yoxdur.