Ermənilər Qubadlı məscidində donuz saxlayırmış

Ermənilər Qubadlı məscidində donuz saxlayırmış

“Azərbaycanın azad edilmiş Məmər kəndindəki 18-ci əsrə aid məscid. Məscid tamamilə dağıdılıb. Ermənistan tərəfindən Qubadlı rayonunun Məmər kəndinin işğalı zamanı XVIII əsrin dini və mədəni abidəsi vandalizmlə yanaşı, təhqir əlaməti olaraq donuz otağına da çevrilib”.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev öz twitter hesabında sözügedən məsciddən görüntü paylaşaraq bildirib.

“Azərbaycanın Qubadlı bölgəsindəki Məmər məscidi yaxınlığında XVIII əsrə məxsus tarixi abidə. Ermənistanın işğalı zamanı bu mədəni və tarixi abidə heyvanlar üçün tövləyə çevrildi. Biz YUNESKO, İSESKO və İslam Əməkdaşlıq Təşkilatını tədbir görməyə, bu vəhşi hərəkətləri ciddi şəkildə pisləməyə çağırırıq”.