Ermənilər qorxu içindədir, Ərdoğan qalib gəlsə… – Paylan

Ermənilər qorxu içindədir, Ərdoğan qalib gəlsə… – Paylan

Türkiyədə keçirilən seçkilər ermənilərin ümidini puç edib.

AzerTimes Publika.az-a istiandən xəbər verir ki, erməni əsilli türkiyəli deputat Karo Paylan Türkiyədə keçirilən seçkilərin birinci turunun nəticələrindən məyus olduğunu və Ərdoğanın qalib gələcəyi təqdirdə Ermənistanla münasibətlərin normallaşmasının daha da mürəkkəbləşəcəyini düşündüyünü deyib. O, bu barədə “Armenpress” agentliyinə müsahibəsində bildirib.

Qeyd edək ki, dünən Türkiyə Yüksək Seçki Komissiyası mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunu rəsmən elan edib. Birinci turda isə ölkənin hazırkı lideri Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifətçi Xalq Alyansının namizədi Kamal Kılıçdaroğlu 44,88 faiz səs toplayıb.

Paylan bildirir ki, son seçkilərin nəticələri erməni ictimaiyyətinin gözləntilərini doğrultmayıb.

“Türkiyə erməniləri qorxu içindədir. 2015-ci ilə qədər problemlərimizi danışırdıq, indi isə ermənilər susur. Biz bu seçkilər nəticəsində dəyişikliklərə ümid edirdik, amma bu baş vermədi. Təəssüf ki, bu müddət ərzində səs daha da artacaq. Ermənilərin səsi eşidilməyəcək”, – Paylan bildirib.

Onun fikrincə, Ərdoğanın qələbəsindən sonra Türkiyə daha da radikallaşacaq və bu, Ermənistanla münasibətlərin normallaşması prosesinə müsbət təsir göstərə bilməz.

Teqlər: