Təhlükəli tendensiya var. Ermənistanda genişmiqyaslı antirusiya isteriyasının formalaşması müşahidə olunur. Üstəlik, belə bir antirusiya kampaniyası aparan məhz Ermənistan hakimiyyətidir. Rusiyanın İrəvandakı səfirliyi zorakı etirazçılar tərəfindən mühasirəyə alınıb.
AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Bu isterika nəticəsində Qarabağda rus sülhməramlılara atəş açılaraq öldürüldü. Görünür, bu, sülhməramlıların neytral mövqe tutmasına görə erməni qüvvələrinin qisasıdır. Rusiyaya edilən bütün bu hücumların ümumi mesajı eynidir – niyə Rusiya öz oğullarını, yəni rus oğlanlarını Ermənistan uğrunda Qarabağa döyüşməyə göndərmədi?”, – o bildirib.
Qeyd edək ki, ötən gün Canyataq kəndi yaxınlığında rus sülhməramlıların maşını atəşə tutulub, nəticədə 8 sülhməramlı həlak olub. Faktla bağlı rus sülhməramlıları ilə Azərbaycan istintaqçıları birgə araşdırma aparırlar.