Ermənilər Qərbi Azərbaycanda xalqımıza məxsus bir dənə də abidə saxlamayıb – Tarixçi

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanın tarixi torpaqları olan indiki Ermənistan ərazisində (Qərbi Azərbaycan) xalqımıza məxsus bir dənə də abidə qalmayıb, hamısı ermənilər tərəfindən dağıdılıb.

Bunu AzerTimes-a Milli Məclisin deputatı, tarix elmləri doktoru Anar İsgəndərov deyib.

A.İsgəndərov bildirib ki, erməni tarixçisi Kordokyan 1931-ci ildə Moskvada nəşr etdirdiyi “Nasilenya armenii” kitabında yazırdı ki, Birinci Dünya Müharibəsi başlayarkən bu ərazidə (indiki Ermənistanın yerləşdiyi Qərbi Azərbaycan ərazisi) 565 min türk-müsəlman yaşayırdı, ancaq 1922-ci ildə SSRİ təşkil olunan zaman bu ərazidə cəmi 40 min türk qalmışdı:

“Ermənilər bu ərazilərə sahib olarkən ilk əvvəl nə qədər toponimlər, oronimlər, yer adları, dağ adları, çay adları var idisə hamısının adını dəyişdilər, yəni bir dənə də olsun türk adı qalmadı. İrəvanda bir Göy Məscid istisna olmaq şərtilə – onun da səbəbi məlumdur – Azərbaycanın bütün dini abidələri ermənilər tərəfindən məhv edilib.

Xoşbəxtlik ondan ibarətdir ki, xarici ökələrin birinin arxivində Qərbi Azərbaycanda olan bütün dini abidələrin, məscidlərin siyahısı var və o dağılan məscidlərin siyahısı şəkillərlə birgə Azərbaycana gətirilib, onu şəxsən özüm gətirmişəm.

İndiki Ermənistanın ərazisində Azərbaycan xalqına məxsus bütün tarixi, mədəni və dini abidələr məhv edilib. Necə ki, Dağlıq Qarabağ ərazisini işğal altında saxladıqları müddətdə bütün abidələrimizi məhv ediblər, eləcə də Qərbi Azərbaycan ərazisində xalqımıza məxsus bir abidəni də salamat qoymayıblar”.

Teqlər: