Qarabağda azərbaycanlıların evlərinin yandırılması əmlakı qəsdən məhv etməyə görə cinayət məsuliyyəti yaradır.
Bu sözləri AzerTimes-a açıqlamasında tanınmış vəkil Aqil Layıc Qarabağı tərk edən ermənilərin evləri yandırması ilə bağlı danışarkən deyib.
O bildirib ki, yandırılan evlərin əsl sahibləri mülkiyyət hüququ pozuntusuna görə məhkəməyə müraciət etmək və təzminat tələb etmək hüququna malikdirlər.
Qeyd edək ki, Laçına qanunsuz məskunlaşdırılmış ermənilər avqustun 25-nə kimi oranı tərk etməlidirlər. Ermənistan evlərin yandırılmayacağı vədini versə də, ermənilər evləri və meşələri qəsdən yandıraraq, bunu social şəbəkədə yayırlar.