Qanunsuz erməni silahlı dəstələrinin üzvləri Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinə müxtəlif artilleriya qurğuları və hərbi texnika toplayır və burada atəş mövqeləri hazırlayırlar.
AzerTimes xəbər verir ki, bu barədə “Caliber” görüntü yayıb.
Videodan da göründüyü kimi, bu, separatçılar tərəfindən təxribatlara hazırlıq prosesidir.
Onların məqsədi Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaq və bölmələrimizi cavab tədbirlərinə təhrik etməkdir.
Qeyd edək ki, Ermənistan da paralel olaraq Laçın istiqamətində hərbi texnika cəmləyir.