Erməni sosial şəbəkələrində Azərbaycana qarşı təbliğat üçün çəkilən ən iyrənc tamaşalardan birinin görüntüləri yayılıb.
AzerTimes xəbər verir ki, video yeni deyil, bir həftə öncə çəkilib.
Videoda guya Azərbaycan Ordusunun əsgərlərinin Qarabağın rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında məskunlaşan dinc erməni sakinlərə qarşı kobudluq etdiyi, onları “tarlada işləməyə” qoymadığını nümayiş etdirməyə cəhd ediblər.
Belə ki, “azərbaycanlı əsgər” erməni sakinin “təsərrüfat alətini” təpikləyir, onlara zor tətbiq edir, ermənilər isə sınıq-salxaq azərbaycancada “sahibin” saxlanılan ermənilər olmadığını bildirməyə “çalışırlar”.
Videonun qurama olduğunu, səhnələşdirildiyini, ordakı iştirakıların rol oynadığını isə dərhal anlamaq mümkündür.
Birincisi, Azərbaycan Ordusunun əsgəri kimi təqdim edilən şəxsin fizionomiyası qəti şəkildə azərbaycanlıya bənzəmir, xüsusilə burun quruluşu onun kimliyini ifşa edir.
Azərbaycan əsgərinin “zor tətbiq etdiyi” erməni ilə davranışında isə ümumiyyətlə bu fakt çılpaqlığı ilə üzə çıxır: üzündə heç bir qorxu, təşviş əlaməti olmayan “dinc sakinin” yaxasından guya çəkilməsi əslində ona nəvazişə bənzəyir. Hər kəsə yaxşı məlumdur ki, düşmən yaxasından o cür dartmırlar! Yaxasından çəkilən “dinc sakin” isə özünü gülməkdən güclə saxlayır və başını aşağı salmır, qorxmur, əksinə, kameraya “oynayır”.
“Azərbaycanlı zabit”in bu adamların qarşısını kəsib, niyə “xozeyni” axtardığını mahiyyəti də bəlli deyil və erməni qadınlar niyə xorla onun “sahib” olmadığını deyirlər, bununla nəyə nail olmaq istəyirlər – o da ssenaridə nəzərə alınmayıb.
Üstəlik, “azərbaycanlı zabitin” yanına gedən erməni arvadların çox rahat davrandığı, “zabitə” yardıma çalışan əsgərin üzünün görünməməsi də videonun mahiyyətini ifşa edir.
Videoda niyə erməni arvadların kadr arxasında qaldğı, yalnız “sahib deyil” deyə, kameranın obyektivinin tuşlandığı istiqamətə gedərkən görüntülənmələri də bunun tamaşa olduğunu təsdiqləyir.
Erməni ssenaristlər və burda “kütləvi səhnədə” iştirak edən aktyorların məqsədi aydındır: bu videolarla ermənilərin azərbaycanlı əsgərlərin təzyiqinə məruz qaldığını göstərməyə çalışırlar.