Erməni ekspertlərin mütləq əksəriyyəti bu fikirdədir ki, Ermənistan zəif olduğundan sülh sazişi onların xeyrinə olmayacaq və Azərbaycan sülh sazişinin bəndlərini yerinə yetirməyəcək. Əlavə olaraq onu da bildirirlər ki, Azərbaycan və Türkiyənin məqsədi Ermənistanı tədricən zəiflətmək və vassal dövlətə çevirməkdir.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, nə qədər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayırdı, erməni ekspertlər Ermənistanın Azərbaycanın vassalına çevrilməsi ehtimalını ağıllarına belə gətirmirdilər:
“Mənm özümə müxtəlif beynəlxalq konfranslarda yekəxana şəkildə deyirdilər ki, Qarabağı unudun. Hazırda vəziyyət kardinal şəkildə dəyişdiyinə görə ağlaşma halındadırlar. Əgər Azərbaycan qalib ölkə olaraq Ermənistana şərtlərini diktə edəcəksə, ermənilər bu vəziyyətdən necə çıxacaq? Erməni ekseprtlərin bu suala cavabı yoxdur, cavab olmadığına görə də ermənilər üçün ən pis ssenarilərdən danışırlar”.