Ermənilər KTMT-ni boykot edir – Çağırış

Ermənilər KTMT-ni boykot edir – Çağırış

Artıq maskalar cırılıb, erməni xalqı da dostunu-düşmənini tanımağa başlayıb. İndi hamı bilir ki, KTMT Ermənistanın güvənə bildiyi bir alyans deyil.

AzerTimes xəbər verir ki, bu fikirlərlə tanınmış erməni siyasi şərhçi Tevos Arşakyan bildirib.

“Bir gün öncə Azərbaycan Prezidenti İrəvana çox aydın ismarış göndərdi. Əliyev dedi ki, KTMT-də Azərbaycanın dostları Ermənistanın dostlarından çoxdur. Artıq bu bizim üçün bir siqnal olmalı idi. Erməni xalqı bu gün keçiriləcək KTMT sammitini boykot etməlidir və məndə olan məlumata əsasən bu tip bir dalğa yaxın saatlarda baş tutacaq. Hansı səbəbə görə biz Rusiyanın oyuncağına çevrilən KTMT ilə əməkdaşlığımızı davam etdirməliyik? Nədən bu sammitin keçirilməsinə büdcəmizdən pullar ayrılmalıdır?” – deyə o qeyd edib.

Teqlər: