Ermənilər “Karabakh Telecom”un datasını götürüb? – Şərh

Ermənilər “Karabakh Telecom”un datasını götürüb? – Şərh

Erməni mediasında “Karabakh Telecom” mobil operatorunun fəaliyyətinin dayandığı barədə məlumatlar paylaşılır. Əslində bu məsələdə çox gecikdik. 20 il Ermənistana məxsus +374 kodu ilə biznes qurub, beynəlxalq kodlar əldə edib, qeyri-qanuni fəaliyyət göstərdilər. Şirkətin son sahibi keçmiş “arsax prezidenti” Araik Arutyunyan olub.

AzerTimes xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib.

Karabakh Telecom”un əsl sahibləri livanlı ermənilər, Pyer və Musa Fatuş qardaşları olub. Müharibədən əvvəl şirkətə 15 milyon dollar investisiya yatırılmışdı. Araik İkinci Qarabağ savasında bu operatoru hərbi məqsədlə istifadə üçün zorla ələ keçirib özəlləşdirmişdi. Mobil rabitə, fiber-optik internet və s. xidmətləri verirdi. Ümid edirəm ki, bu mobil operatorun datasını, serverlərini Ermənistana daşımağa imkan tapmayıblar”, – Gündüz qeyd edib.

Teqlər: