Xəbər - Elçin Mehdiyev – Trend:
İşğaldan azad edilmiş ərazilərdə məscidlərin, kilsələrin, Qafqaz Albaniyasına aid məbədlər və digər dini abidələrin bərpa olunması istiqamətində ciddi işlər həyata keçirilir.
AzerTimes-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə deyib.
M.Qurbanlı bildirib ki, işğalçı ermənilər həmin ərazilərdə bütün dini abidələri məhv ediblər: “Bu, böyük bir vandallıqdır. Ermənilər məscidlərlə yanaşı kilsələri də dağıdıblar. Pravoslav kilsələri ya dağıdılıb, ya da erməni kilsəsinə çevirməyə cəhd edilib”.