Ermənilər iki bacının qəbrinin arasından səngər qazıblar.
AzerTimes-ın məlumatına görə, bununla bağlı fotonu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz tvitter səhifəsində paylaşıb.
H.Hacıyev bildirib ki, Səringül və Təyyarə bacıları həyatda olduqları qədər, ölümdə də yaxın idilər:
“Amma onların qəbir daşları ermənilərin qazdıqları səngərlə ayrılıb. Erməni vandalizminin mahiyyətini və miqyasını təsvir etmək üçün sözlər kifayətsizdir. Hətta qəbiristanlıqlara da aman vermədilər”.