Ermənilər hücumu planlaşdırıb – Şok detallar

Ermənilər hücumu planlaşdırıb – Şok detallar

Bu gün Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı planlaşdırılmış təxribatı baş verib. Bu, təsadüfi deyil, hazırlanmış əməliyyatdır və Ermənistan Silahlı Qüvvələrinin Əlahiddə Ümumqoşun Korpusunun komandiri Armen Gözəlyanın hadisə yerində olması da təsadüfi deyil.

AzerTimes xəbər verir ki, bu barədə “Kaliber” məlumat yayıb.

“Ermənistanın Baş naziri Nikol Paşinyan dəfələrlə bəyan edib ki, Azərbaycan guya eskalasiya hazırlayır və bununla da, yəqin ki, sərhəd bölgəsində “kiçik qələbəli əməliyyat” ümidi ilə Ordumuza qarşı aktiv əməliyyatlara zəmin yaradıb. Hərbçilərimiz Azərbaycan sərhədlərini möhkəm qoruyur və bir millimetr torpağı da düşmənə verməyib.

Bugünkü insident bir qrup erməni hərbçinin Azərbaycan mövqelərinə yaxınlaşaraq mühəndis-tikinti işlərini görməsi ilə başlayıb.

Hərbçilərimizin geri çəkilmə ilə bağlı sərt xəbərdarlığına cavab olaraq Ermənistan tərəfi mövqelərimizi intensiv atəşə tutub. Bundan sonra gərgin döyüş başlayıb.

Aydındır ki, Nikol Paşinyan hökuməti “AB missiyasının qoruyucu effektinə” inanaraq, bunu təxribatlar törətməyə lütf kimi qəbul edirdi. Yaranmış vəziyyətə görə bütün məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, Ermənistanın korpus komandiri Armen Gözəlyan yaralanıb.

Teqlər: