Ermənistan azərbaycanlı əsgər olduğu iddia edilən şəxs və ya şəxsləri axtarır.
AzerTimes xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan deyib.
Mülki Müqavilə Partiyasından olan deputat Andranik Köçəryan jurnalistlərə açıqlamasında deyib ki, sərhəd uzundur və əsgərlər yarğanlar vasitəsilə ölkənin içərilərinə keçə bilərlər.
Erməni hərbi ekspert Karen Vrtanesyan da mediaya açıqlamasında Azərbaycan əsgərinin azaraq sərhədi keçdiyini deyib:
“Açıq mənbələrdən verilən məlumatlardan onların itdiyini güman etmək olar, lakin təbii ki, heç nəyi istisna etmək olmaz”.
Qeyd edək ki, erməni mediası əvvəlcə Qarakilsədə, daha sonra isə Zəngəzur (Sünik) vilayətinin Bnunis kəndi yaxınlığında “azərbaycanlı əsgər” olduğu bildirilən şəxsin saxlanıldığını yazmışdı. Bu gün isə erməni mediası sərhədi ortaya atıb. Hətta media saxlanılan azərbaycanlı əsgərlərdən biri Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın 44 günlük müharibədən sonra ziyarət etdiyi evə daxil olduğunu belə yazıb.
Bir sözlə, ermənilərin azərbaycanlı əsgərlərlə balı fantaziyaları bitib-tükənmir.