Ermənilər Gümrüdə öləni Qarabağda basdırmaq üçün “vuruşur”

Ermənilər Gümrüdə öləni Qarabağda basdırmaq üçün “vuruşur”

Bir neçə erməni Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistan ofisinin önündə aksiya keçirir.

AzerTimes erməni mediasına istinadla xəbər verir ki, onlar 14 avqustda İrəvan-Gümrü yolunda 11 nəfərin ölümü ilə nəticələnən qəzada ölənlərdən biri – Helen Dadayanın Qarabağa gətirilməsini və burada basdırılmasını istəyirlər.

Bildirilib ki, Qırmızı Xaç Komitəsi Bakıya meyiti gətirmək üçün icazə verməyi xahiş edib, ancaq indiyə qədər cavab ala bilməyib.

Dadayanın Xocavənd rayonunda anadan olduğu bildirilir.

“Dadayanın meyitini kimlər məhz Xocavənddə basdırmaq istəyir və səbəb nədir” sualına aydınlıq gətirilmir. BQXK-nin Ermənistan ofisi qarşısında aksiya keçirənlərin də kimlər olduğu bildirilmir. Aksiyanı yalnız Dadayanın doğmaları keçirə bilər. Əgər doğmaları İrəvanda aksiya keçirirsə, demək, bütün ailəsi Ermənistandadır. Bəs, belə halda onun meyitini niyə Xocavəndə gətirməyə çalışırlar?

Digər tərəfdən, qəzadan artıq 5 günə yaxın vaxt keçib – qəza avqustun 13-dən 14-nə keçən gecə baş varib. İndiyə qədər meyiti niyə basdırmadıqları sualı da açıqdır.

Belə görünür ki, ermənilər artıq ölənləri də alətə çeviriblər: maşın vuranın “acından öldüyü”, Ermənistanda qəzada ölənin “basdırmağa Azərbaycanın imkan vermədiyi” təbliğatını aparırlar.

Teqlər: