İslahatlar kontekstində İrəvan ayrıca Xarici Kəşfiyyat Agentliyi (ABŞ-ın FTB-si strukturunda – red.) yaratmağı planlaşdırırıq. Ermənistan Təhlükəsizlik Şurasının Aparatı artıq tərəfdaşlarla danışıqlara başlayıb.
AzerTimes xəbər verir ki, bu fikirləri tanınmış erməni hərbi analitik Karen Vartanesyan bildirib.
“Bu qurumda müxtəlif ölkələrdən olan xüsusi təlim keçmiş agentlər çalışacaq. Onların missiyası müəyyən ölkələrdə yaşamaqla kəşfiyyat materialları toplayaraq Agentliyə ötürmək olacaq. Ən əsas məqsəd isə Nikol Paşinyanın özünün və ailəsinin təhlükəsizliyini təmin etməkdir”, – deyə Vartanesyan qeyd edib.