Ermənilər əsirlikdə olan Hüseynlə bağlı xəbər yaydı

Ermənilər əsirlikdə olan Hüseynlə bağlı xəbər yaydı

Bu gün iyunun 9-u əlverişsiz hava şəraiti səbəbilə yolu azaraq Ermənistana keçən və əsir götürülən azərbaycanlı hərbçi Hüseyn Axundovun saxta, uydurma məhkəməsi keçiriləcək.

AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, məhkəmənin Zəngəzur vilayətinin hakimi Napoleon Ohanyanın sədrliyi ilə təşkil ediləcəyi bildirilir.

Qeyd edək ki, “bir qrup şəxslə əvvəlcədən əlbir olaraq Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, qanunsuz odlu silah və döyüş sursatı daşımaq” “əsasları” ilə mayın 8-i azərbaycanlı hərbçilər Aqşin Bəbirov və Hüseyn Axundov barəsində hökm çıxarılıb. Hüseyn Axundov eyni zamanda Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə” təqsirləndirilir.

Xatırladaq ki, aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

Teqlər: