Ermənistan və Çexiya hərbi-texniki əməkdaşlığı gücləndirir.
AzerTimes xəbər verir ki, Ermənistan hökumətinin iclasında müvafiq dövlətlərarası sazişin ratifikasiyası haqqında layihə təsdiq edilib.
Bildirilib ki, 2019-cu ilin aprelin 9-da imzalanmış müqavilə 2010-ci ilin 10 martında imzalanmış sazişi əvəz etməlidir.
Ermənistan hökuməti sazişin ratifikasiyasının ölkənin strateji maraqlarına tamamilə uyğun olduğunu və onun həyata keçirilməsinin hərbi-texniki sahədə beynəlxalq əməkdaşlığın genişlənməsinə imkan verəcəyini bildirib.
Qeyd edək ki, hökumətin təsdiqindən sonra razılaşma Ermənistan parlamenti tərəfindən ratifikasiya olunmalıdır.