Ermənilər bütün iddiaları mifdir – Yavuz

Ermənilər bütün iddiaları mifdir – Yavuz

Türk Ağsaqqalları Birliyinin (TAİB) mərkəzi ofisində ABŞ-ın nüfuzlu Yuta Universitetinin professoru, siyasi-analitik Hakan Yavuzla görüş keçirilib.

AzerTimes xəbər verir ki, görüşdə Hakan Yavuz çıxışı zamanı müəllifi olduğu “Dağlıq Qarabağ münaqişəsi: Tarixi və siyasi perspektivlər” adlı kitabın əhatə etdiyi mövzu və istiqamətlər barədə danışarkən ermənilərin tarixi faktları saxtalaşdırma siyasətinə dair xeyli nümunələr də göstərib.

Professor bildirib ki, ermənilərin bütün iddiaları əsassızdır və miflər üzərində qurulub.

Daha sonra Hakan Yavuz görüş iştirakçılarının geopolitik məsələlərə, regionun gələcək perspektivlərinə dair suallarını cavablandırıb.

Sonda dünyaca məşhur alimə Türk Ağsaqqalları Birliyinin xüsusi plaketi, eləcə də təşkilatın həmsədri Hulusi Kılıçın “44 gün Vətən Müharibəsi” və təsisçi Ramin Əhmədovun “Heydər Əliyev və anti-terror siyasəti” adlı kitabları təqdim olunub.

Teqlər: