Ermənilər bununla sülhə maneə olur – Faiq İsmayılov

Ermənilər bununla sülhə maneə olur – Faiq İsmayılov

Ermənistanın Azərbaycanda törətdiyi vandalizm torpaqların işğalı ilə bitmədi. Onlar həm də Azərbaycan əhalisinə qarşı etnik təmizləmə həyata keçirdi və mədəni irsin nümunələrini dağıdaraq məhv etdi.

Bu sözləri AzerTimes-a açıqlamasında Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov deyib.

O bildirib ki, bütün bunlar sülh prosesinə əngəldir:

“30 illik işğal dövründə də həmin qəbirlər Xankəndidə idi. Onlar indiyə kimi bu qəbirləri dağıtmamışdılarsa, deməli, zamanın yetişməsini gözləyidilər. Ermənistan bununla 3 tərəfli bəyanatı icra etməməklə nəzarətdən yayınmaq istəyirlər. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində xeyli tarixi mədəniyyət abidələri erməni vandalizminə məruz qalıb. O cümlədən, 500-ə yaxın tarixi əhəmiyyətli qəbiristanlıq, 72 məscid, 182 ziyarətgah ermənilər tərəfindən dağıdılaraq, yox edilib”.

Teqlər: