Ermənilər övladlarını Türkiyəyə və Azərbaycana nifrət ruhunda tərbiyə edirlər.
AzerTimes xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.
“O ki qaldı regionda dinc birgəyaşayışa, erməni cəmiyyəti onilliklər ərzində erməni diasporu və erməni millətçiləri tərəfindən aparılmış təbliğat ilə zəhərlənib. Bu, ermənilərin Qarabağın azərbaycanlı kəndlərində və şəhərlərində, həmçinin azərbaycanlılara qarşı törətdiklərinin səbəblərindən biridir. Ermənilər övladlarını Türkiyəyə və Azərbaycana nifrət ruhunda tərbiyə edirlər”, – Prezident qeyd edib.
Dövlət başçısı bildirib ki , türkofobiya və azərbaycanofobiya Ermənistanın ideologiyası olmuşdur:
“Onlar özlərinin tarixi və tarixi şəxsləri haqqında o qədər miflər fikirləşiblər ki, artıq özlərinin uydurmalarına inanmağa başlayıblar. Ermənistanın bütün tarixi, Ermənistanın bütün tarixi irsi saxtadır”.