Xəbər - Orxan Nəbiyev – Trend:
Ermənilər İkinci Qarabağ müharibəsindən əvvəl regionda fəaliyyət göstərmiş Böyük Britaniyanın xeyriyyə, ABŞ-ın qeyri-kommersiya şirkəti olan “Halo Trust” minatəmizləmə təşkilatını casusluqda ittiham edir.
AzerTimes-ın erməni KİV-lərinə istinadən məlumatına görə, təşkilat barəsində casusluq ittihamı ilə cinayət işi başlanıb.
Sözügedən təşkilat müharibə dövründə Qarabağdakı minalanmış ərazilərin xəritəsini Türkiyənin xüsusi xidmət orqanlarına təhvil verməkdə ittiham olunur.
İddiaya əsasən, bu məlumatlar sayəsində Azərbaycan ordusu 44 günlük müharibə ərzində minalanmış əraziləri maneəsiz qət edə bilib.
Cinayət işi ilə bağlı ilkin araşdırmalar aparılır.