Xəbər - Trend:
Ermənilər AzTv-nin youtube kanalını çoxlu sayda şikayət edib.
Bu barədə AzerTimes-a Azərbaycan Televiziyasından bildirilib.
Məlumatda bildirilib:
“Kanalımızda yeni videoların yüklənməsinə və canlı yayımların nümayişinə müvəqqəti olaraq məhdudiyyət qoyulub.
Araşdırma nəticəsində məlum olub ki, xoşagəlməz hal ermənilərin çoxsaylı şikayətləri nəticəsində baş verib. Onlar guya AzTV-nin “YouTube”un siyasətinə uyğun olmayan videolar yükləməsi ilə bağlı sözügedən platformaya şikayətlər edib, bununla da bir daha erməni xislətlərini nümayiş etdiriblər.
“YouTube”a müraciət edilərək qeyd olunub ki, şikayətlər əsassızdır və yüklənmiş videolarda hər hansı qayda pozuntusuna yol verilməyib. Kanalın işinin tezliklə bərpa edilməsi üçün müvafiq tədbirlər görülür.
Mövcud vəziyyətə anlayışla yanaşmağınıza ümid edir və məhdudiyyətin tez bir zamanda aradan qaldırılmasına çalışırıq.
Hörmətlə, sizin Televiziya”.