Ermənilər Azərbaycanla sərhəddə xidmətdən imtina etdi

Ermənilər Azərbaycanla sərhəddə xidmətdən imtina etdi

Erməni polis qüvvələri Azərbaycanla sərhəddəki postlarda xidmət etməkdən imtina ediblər.

AzerTimes xəbər verir ki, bu barədə erməni jurnalist Oskan Sərkisyan məlumat yayıb.

O bildirib ki, polislərə sərhəddə xidməti üçün aylıq 180 min dram (təxminən 800 manat) ödənilirmiş, bir müddət öncə isə bu məbləğ 120 min drama qədər azaldılıb.

O qeyd edib ki, məbləğ azaldılandan sonra polislər sərhəddə xidmətdən imtina ediblər.

Xatırladaq ki, əsgər çatışmazlığı səbəbindən Ermənistan sərhəddə polislərin günəmuzd xidmətini təşkil edir.

Teqlər: