Ermənilər Azərbaycanda münaqişəyə qədər olduğu kimi vətəndaş qismində yaşaya bilərlər – Komitə sədri

Ermənilər Azərbaycanda münaqişəyə qədər olduğu kimi ölkə vətəndaşları qismində yaşaya bilərlər.

Trend-in məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Rusiyanın “İzvestiya” qəzetinə müsahibəsində deyib.

O bildirib ki, Azərbaycan dəfələrlə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni sakinlərinin inteqrasiyasına hazır olduğunu vurğulayıb:

“Ermənilər münaqişəyə qədər olduğu kimi Azərbaycan vətəndaşları kimi ölkəmizdə yaşaya bilərlər. Onlar digər ölkələrdə, Rusiya, Fransa, ABŞ-da olduğu kimi Azərbaycanda yaşaya bilərlər. Amma, məsələn, Marseldə yüz min erməni yaşayırsa, bu o demək deyil ki, Fransa Marseldə daha bir erməni dövləti yaratmalıdır. Azərbaycanda 50-dən çox milliyət və xalq yaşayır və bu baxımdan heç bir problem yoxdur”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: