Ermənilər ağrı çəkir: Qarabağ narı İrəvanda… – Foto

Ermənilər ağrı çəkir: Qarabağ narı İrəvanda… – Foto

Sosial şəbəkənin Ermənistan seqmentində Qarabağdan Gürcüstana, oradan isə Ermənistana nar gətirilməsi ilə bağlı iddialar yayılıb.

AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə erməni jurnalist Nairi Oxikyan yazıb.

O qeyd edib ki, Qarabağdan gətirilən narın İrəvanda satılması haqda məlumat və fotoları ermənilər böyük ağrı ilə qarşılayıblar:

“Bu xəbər ermənilərin böyük ağrı-acısına səbəb oldu. Vətəndaşlar yaşadıqları yerin məhsulunu düşməndən alıb yediklərinə görə əziyyət çəkirlər. Lakin birmənalı şəkildə deyirəm: Ermənistanda Qarabağdan gətirilən nar satılmır. Əvvəla, Ermənistanda yetişdirilən nar daxili tələbatı tam ödədiyi üçün Gürcüstandan nar gətirməyə ehtiyac yoxdur”.

N.Oxikyan qeyd edib ki, bəzi alverçilər satdıqları narı “artsax”dan gətirilmiş kimi təqdim edir və üzərinə “Qarabağ” yazır:

“İndi burada mallarını tez satmaq üçün hər şeyə, o cümlədən milli faciədən istifadəyə əl atan tacirlər var. Bu axmaqlar düşünürdülər ki, narların Qarabağdan olduğunu desələr, daha tez və baha satacaqlar. Belə tacirlər vətəni sevmir, əxlaqdan, dərddən xəbəri yoxdur” .

Teqlər: