Ermənilər Ağdamdan gedən bezləri yandıracaq?

Ermənilər Ağdamdan gedən bezləri yandıracaq?

Ağdam-Xankəndi yolu vasitəsilə Xankəndiyə göndərilən humanitar yüklərin arasında Türkiyə istehsalı uşaq bezləri də varmış.

AzerTimes xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, Qarabağdakı ermənilər bundan “xəbər tutduqdan” sonra o bezlərin yandırılmasını tələb ediblər. İddialara görə, Ağdamdan yalnız Rusiya Qızıl Xaç Cəmiyyətinin “Rusiya istehsalı olan malları” gətirməsinə izn verilib.

Xatırladaq ki, separatçılar göndərilən yardımın “xüsusi ekspertizadan keçəndən sonra” paylanacağını açıqlayıb.

Teqlər: