Erməni yük maşınları yenə sərhəddə gözləyir

Erməni yük maşınları yenə sərhəddə gözləyir

850-yə yaxın erməni maşını Rusiya-Gürcüstan sərhədində, Yuxarı Lars keçid məntəqəsində qalıb.

AzerTimes xəbər verir ki, tıxacla bağlı Şimali Osetiya Nəqliyyatı İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, ümumilikdə, 2,7 mindən çox avtomobil sərhədi keçmək üçün gözləyir.

Xatırladaq ki, yüksək dağlıq ərazilərdən keçən Gürcüstan Hərbi Yolu hazırda Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur.

Teqlər: