Gürcü Arzusu Partiyası oktyabrın 26-da keçirilən parlament seçkisində ən böyük etnik qrupların səslərini almağı bacarıb.
AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, ermənilərin yaşadığı Cavaxetiyada və azərbaycanlıların olduğu Kvemo Kartli bölgəsində üstünlük Gürcü Arzusunda olub. Hətta Gürcü Arzusu hər iki bölgədə bütün Gürcüstan üzrə ən yaxşı nəticələrini göstərib.
Qeyd edək ki, Gürcüstan müxalifəti artıq seçkilərin nəticələrini tanımadığını elan edib. Tezliklə ölkədə etiraz aksiyalarının keçirilməsinin anonsu verilib. Gürcüstan hökuməti isə aksiyalara və ya dövlət çevrilişi cəhdinə sərt reaksiya veriləcəyini bildirib.