Erməni vandalizminə beynəlxalq hüquqi qiymət verilməlidir – “Hədəf”də MÜZAKİRƏ

Ermənistan Azərbaycan ərazilərini işğalda saxladığı 30 il müddətində olmazın vandalizm aktlarını törədib. İşğalçı ölkə Qarabağ ərazilərində təkcə azərbaycanlılara məxsus evləri deyil, eyni zamanda dini-mədəni, tarixi abidələri də barbarcasına məhv edib. Eyni zamanda, ölkəmizə aid maddi sərvətləri talayıblar. İşğaldan azad olunmuş ərazilərimizə beynəlxalq korpusun nümayəndələri, xarici ekspertlər səfərlər edirlər. İşğalçıların törətdiyi vandalizmi əyani şəkildə görən diplomatlar hər belə səfərdən sonra gördükləri vəhşiliklərdən dəhşətə gəlirlər.

AzerTimes-ın məlumatına görə, Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” analitik proqramında erməni vandalizminə beynəlxalq hüquqi qiymət verilməsi məsələsi xarici jurnalistlərin iştirakı ilə ətraflı şəkildə müzakirə olunub. Verilişə videobağlantı vasitəsilə qoşulan türkiyəli jurnalist, İkinci Qarabağ müharibəsi zamanı qaynar nöqtələrdən xəbər verən Fulya Öztürk, italiyalı jurnalist, “Eurasiaticanews” portalının rəhbəri Karlo Marino və İsrailin tanınmış jurnalistlərindən olan Roman Tsipin mövzu ətrafında fikirlərini bildiriblər. Jurnalistlərin qənaətincə, ermənilərin işğal müddətində Qarabağda törətdiyi vandalizm aktlarının dünyada misli görünməyib. Qeyd edilib ki, Azərbaycana illər ərzində vurulan maddi və mənəvi ziyan hesablanmalı, məsələ beynəlxalq hüquq çərçivəsində həll edilməlidir.

“Hədəf” verilişini bütöv şəkildə “YouTube” kanalından izləyə bilərsiniz.

İnformasiya dəstəyi – Trend.az

Teqlər: