Ermənistanda İkinci Qarabağ müharibəsində itkin düşmüş hərbçilərin valideynləri müdafiə nazirinin müavini Arman Sərkisyanı döyüblər.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Bildirilib ki, valideynlərə may ayının 2-dən etibarən müdafiə naziri Suren Papikyanla görüş vəd edilib:
“Lakin görüş hər dəfə müxtəlif bəhanələrlə təxirə salınıb”.
Valideynlərdən biri qeyd edib ki, uzun müzakirələrdən sonra nəhayət onlara nazirlik binasına daxil olmağa imkan yaradılıb:
“İçəri girəndən sonra nazirin gəlməyini gözlədik. O da müavini göndərdi. Xeyli danışdı və bizi qəzəbləndirdi. Övladlarımızın harada olduğunu bilmədiyini söylədi. Nazir müavinin danışıq tərzi bizi özümüzdün çıxardı. Əlbəyaxa dava düşdü”.