Erməni təxribatı nəticəsində Ağdamda zərər çəkən mülki obyektlərin sayı açıqlandı

Xəbər - Samir Əli – Trend:

Erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində Ağdam rayonunun yaşayış məntəqələrinə dəymiş ziyan müəyyənləşib.

Bu barədə AzerTimes-a açıqlamasında Ağdam rayon İcra hakimiyyəti başçısının 1-ci müavini Allahverən Əliyev deyib. O bildirib ki, ermənilərin dinc yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində 1425 yaşayış evinə ziyan dəyib: “Həmin evlərdən 29-u təmamilə dağılıb, 1396 evə isə qismən ziyan dəyib. Bununla yanaşı, rayon ərazisində 39 qeyri-yaşayış obyektinə ziyan dəyib ki, onlardan 3-ü tam dağılıb. Hadisə nəticəsində 59 sahibkarlıq subyekti ziyan çəkib ki, onlardan 2-si tam dağılıb, 24 sosial obyekt, 1 inzibati bina zərər çəkib”.

A.Əliyev bildirib ki, ermənilərin təcavüzü nəticəsində rayon ərazisində vətəndaşlara məxsus 28 nəqliyyat vasitəsinə ziyan dəyib, 6734 heyvan tələf olub.

Teqlər: