Erməni terroru nəticəsində 23 günə 61 nəfər dinc sakin həlak olub

Erməni terroru nəticəsində 23 günə 61 nəfər dinc sakin həlak olub

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycan mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində 61 mülki şəxs həlak olub, 282 nəfər yaralanıb.

Bundan başqa, 341 mülki obyekt, 1846 yaşayış evi və 90 çoxmənzilli yaşayış binası yararsız hala düşüb.