Trend BİA “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinin növbəti buraxılışını təqdim edir.
Buraxılışda işğal dövründə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı birləşmələrinin üzvləri – Ermənistan vətəndaşları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin Azərbaycanın işğal altında olmuş ərazilərində azərbaycanlı əsirlərə qarşı törətdikləri vəhşiliklər, qətllər, müharibə cinayətləri və digər terrorçuluq əməlləri müzakirə olunub.
Məlum olduğu kimi, dünən həmin erməni terrorçuların ilk məhkəmə prosesi keçirilib.
AzerTimes-ın suallarını erməni cəlladların dəhşətli cinayətlərinin canlı şahidləri – azərbaycanlı əsirlər Həbib Kazımovla Famil Əliyev cavablandırıb.
Müsahiblər əsirlikdə olduqları dövrdə Mkrtiçyan Lüdvik Mkrtiçoviç, Xosrovyan Alyoşa Aramaisoviçin və digər erməni terrorçuların törətdiyi qətllər, azərbaycanlı əsirlərə verilən qandonduran işgəncələr, tükürpədici cianyətlər barədə faktlarla danışıblar.
Müsahibənin video variantını təqdim edirik: