
Bu gün (4 noyabr) saat 08:05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Hüsənli və Qazyan kəndlərini, eləcə də Ağcabədi rayonunun Hacılar, Qaraxanlı və Boyat kəndlərini ara-sıra artilleriya atəşinə tutur.
Azərbaycan Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
“Azərbaycan Ordusunun bölmələri adekvat cavab tədbirləri görür”, – deyə məlumatda bildirilir.