Erməni terror təşkilatının rəhbəri sərhədimizə gəldi – Video

Erməni terror təşkilatının rəhbəri sərhədimizə gəldi – Video

Ermənistanda fəaliyyət göstərən “Yer Mühafizəsi Könüllüləri İttifaqı” (Yerkrapa) terror təşkilatının rəhbəri Sasun Melkonyan Azərbaycanla şərti sərhədə gəlib.

AzerTimes xəbər verir ki, bu barədə erməni Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, Melkonyan Azərbaycanın Laçın rayonu ilə həmsərhəd olan erməni mövqelərini yoxlayıb.

Qeyd edək ki, “Yer Mühafizəsi Könüllüləri İttifaqı” (Yerkrapa) terror təşkilatı Azərbaycanla şərti sərhəddin Zəngəzur istiqamətində mövqelərdə fəaliyyət göstərirlər. Təşkilatın 10 min nəfər üzvünün olduğu bildirilir.

Teqlər: