Erməni tarixçilər və onların havadarları hətta kəşfiyyat sahəsində də tarixi saxtalaşdırırlar

Ermənilər İkinci Dünya müharibəsi dövründə İranda sovet
kəşfiyyatının rəisi Pavel Fitinin rəhbərliyi altında fəaliyyət
göstərmiş 30 kəşfiyyatçının qəhrəmanlığını öz adlarına çıxmağa
çalışıb. Həmin 30 qəhrəman arasında azərbaycanlı Məmmədhüseyn
Əsədov da olub.

Belə ki, 1986-cı ildə Qorbaçovun rəhbərliy dövründə onun erməni
ətrafı “kəşfiyyatçı”… Vartanyana Sovet İttifaqı Qəhrəmanı adının
verilməsi barədə fərman hazırlayaraq Qorbaçova təqdim ediblər.

Ermənilər İranda erməni mənşəli kəşfiyyatçıların
“qəhrəmanlıqları”, o cümlədən Stalinə qarşı sui-qəsdin qarşısının
alınması barədə hekayələri ilə Beriya və Stalini aldada bilməzdi.
Ona görə də Vartanyan Beriya və Stalin tərəfindən
mükafatlandırılmayıb.

Vartanyanın “qəhrəmanlığı” barədə birdən-birə Qorbaçovun
vaxtında “xatırlamağa” başladılar. Heç kimdə sual yaranmadı ki,
niyə Beriya və Fitin bu “peşəkar”ı görməyib? Niyə onlar bu qondarma
kəşfiyyatçını mükafat almaq üçün təqdim etməyib? Vartanyan 18
yaşında necə “Tehran-43” kimi məşhurlaşmış əməliyyatın rəhbəri ola
bilərdi?

Xüsusi xidmət veteranları Elxan Ələsgərov, Cavanşir Vəliyev və
Azər Qarayevin səyləri sayəsində sovet kəşfiyyatçısı Məmmədhüseyn
Əsədov haqqında sənədlər üzə çıxarılıb. Bu sənədlər Əsədovun
1943-cü ildə Tehranda konfrans zamanı SSRİ, ABŞ və Böyük Britaniya
liderlərinə sui-qəsdin qarşısının alınmasında müstəsna xidmətləri
barədə məlumatları ortaya çıxarıb. Azərbaycanlı kəşfiyyatçı sovet
kəşfiyyatının bu əməliyyatında başlıca iştirakçılardan biri
idi.

Məmmədhüseyn Əsədov 1900-cü ildə Həştərxanda anadan olub. 19
yaşında olarkən Qızıl Ordunun Xüsusi təyinatlı hərbi hissəsində
qulluq etməyə başlayır. Böyük Vətən Müharibəsi başlayanda əməliyyat
şəraitini yaxşı bildiyi, bir neçə dildə sərbəst danışdığı və geniş
kəşfiyyat imkanlarına malik olduğuna görə, M.Əsədov Baş kəşfiyyat
idarəsi tərəfindən İrana işləməyə göndərilir. Əsas iş istiqaməti
isə ingilis və alman kəşfiyyatına qarşı əməliyyatların təşkilindən
ibarət olub. Məmmədhüseyn Əsədovun üç dövlət liderlərinin
həyatlarının xilas edilməsində xüsusi əməyi var.

Kəşfiyyatçı Məmmədhüseyn Əsədov haqqında məlumat bu günədək
məxfi saxlanılır. Açıq mənbələrdə onun haqqında məlumat hələ çox
azdır. Onun Tehranda “Böyük üçlüy”ün görüşünün iştirakçılarına
sui-qəsdin qarşısının alınmasında unikal xidmətləri geniş
ictimaiyyətə yalnız bir neçə il əvvəl məlum olub.

Sovet kəşfiyyatının o dövrdə İranda bir çox parlaq əməliyyatı
olub. Ən çox fərqlənmiş əməkdaşlar 1947-ci ildə dövlət mükafatları
ilə təltif edilib. Məmmədhüseyn Əsədov iki ordenlə, “Lenin” və
“Qırmızı ulduz” ordenləri ilə mükafatlandırılıb. Bircə düşünmək
qalır ki, bütün bu işlərdə gənc Vartanyan harada idi və erməni
yalanının hüdudu varmı?

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: