Erməni spiker Rusiyanın təklifinə “hə” dedi

Erməni spiker Rusiyanın təklifinə “hə” dedi

Ermənistan parlamentinin sədri Rusiya və Azərbaycandan olan həmkarları ilə üçtərəfli danışıqlar aparmaq təklifi alıb və müsbət qarşılayıb.

AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin mətbuat katibi Sovinar Xaçatryan deyib.

“Üçtərəfli parlamentlərarası danışıqlar təklifi Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanın Rusiyaya rəsmi səfəri zamanı Dövlət Dumasının sədri Vyaçeslav Volodin tərəfindən irəli sürülüb. A.Simonyan isə bu təklifə müsbət cavab verib”, – o, bildirib.

Onun sözlərinə görə, görüşün dəqiq formatı hələ müzakirə olunmayıb.

Teqlər: