14 yaşlı Həsən Karaoğlu Paris məktəblərindən birində “erməni soyqırımı”nı inkar etdiyi üçün sinifdən qovulub.
AzerTimes xəbər verir ki, bu barədə Fransada türkcə nəşr olunan “Arti33” saytı məlumat yayıb.
“Tarix dərsi zamanı Həsən Karaoğlu “erməni soyqırımı” faktını inkar edib. Buna görə də o, sinifdən qovulub”, – məlumatda deyilir.
Həsən Karaoğlunun atası Hüseyn Karaoğlu bildirib ki, bu cür təlqinlər hər zaman edilir:
“Burada sistemli bir niyyət var. Təlqinlər aparılır. Və hər sahədə – siyasi, iqtisadi, birlik işlərində, hər mövzuda Ərdoğana qarşı düşmənçilik var”.