Erməni siyasətçi KTMT-ni “qəddar it” adlandırdı

Erməni siyasətçi KTMT-ni “qəddar it” adlandırdı

Ermənistan parlamentinin sabiq deputatı, siyasətçi Azad Arşakyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) təhqir edib.

AzerTimes xəbər verir ki, o, KTMT-ni “qəddar it” adlandırıb.

“KTMT bizim qəddar itimizdir. Hamı bilməli idi ki, Ermənistana girmək təhlükə altında olmaq deməkdir. İndi o it nə dişləyir, nə hürür. Biz hazırda dünyaya deməliyik ki, bizim it dişləmir, bizə başqa gözətçi it lazımdır”, – deyə Arşakyan qeyd edib.

O bildirib ki, baş nazir Nikol Paşinyanın Ermənistana beynəxalq müşahidəçilərin göndərilməsindən bəhs etməsi, habelə beynəlxalq ictimaiyyətə olan notası “məxməri inqilaba” çağırışdır:

“Yəni deyir ki, biz mövcud gözətçidən imtina edirik. Çünki bu missiya bizi zəiflədib”.

Teqlər: