Erməni şərhçi Arustamyan istənilən halda Bakıya gələ bilməyəcək

“Matç TV” telekanalının erməni şərhçisi Nobel Arustamyanın AVRO-2020-nin oyunlarına akreditasiya məsələsi həll olunsa da, Bakıya gələ bilməyəcək.

AzerTimes-ın məlumatına görə, AVRO-2020 UEFA-nın bayrağı altında vahid sistem şəklində təşkil olunur. UEFA-nın akkreditasiya qeydiyyatı sistemi də bu formada aparılır.

Yəni əgər akkreditasiya üçün müraciət etmiş hər hansı şəxslə bağlı AVRO-2020-nin oyunlarının keçiriləcəyi 11 şəhərin hər birindən təsdiq cavabı gəldikdən sonra qeydiyyyat təsdiqlənir.

Daha öncə də “Matç TV” telekanalının erməni şərhçisi Nobel Arustamyan qeydiyyatının təsdiqlənməməsi məsələ ilə bağlı AFFA-dan bildirilmişdi ki, media nümayəndəsi hər hansı problemə üzləşibsə, bununla əlaqədar UEFA-ya müraciət etsin.

Qeyd edək ki, Nobel Arustamyanın ötən illər ərzində dəfələrlə işğal altında olan Azərbaycan torpaqlarına qanunsuz səfərlər edib və həmin səfərlər zamanı Azərbaycanın müvafiq strukturlarından icazə almayıb. Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edib.

AzerTimes-ın əldə etdiyi məlumata görə, əvvəllər Azərbaycan qanunlarını pozmuş Nobel Arustamyanın AVRO-2020-nin oyunlarına akreditasiya məsələsi həll olunsa belə, Bakıya gələ bilməyəcək.

Teqlər: