Erməni separatçılarının hərbi təlim keçirmələri təhlükəsizliyə ciddi təhdidlər yaradır – Afət Həsənova

Xəbər - Elçin Mehdiyev – Trend:

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirldiyi Azərbaycan
ərazilərində erməni separatçılarının qanunsuz hərbi təlim
keçirmələri qəbuledilməzdir və regionda təhlükəsizliyə ciddi
təhdidlər yaradır.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Afət Həsənova deyib.

O bildirib ki, sərhəd ərazilərdə təxribat törətməklə, hansısa
qondarma “işğal haqqında qanunu” olmayan parlamentin müzakirəsinə
çıxarmaqla, indi də hərbi təlimlər keçirtməklə ermənilər yenidən
təxribata əl atırlar.

“Ermənilər ardıcıl şəkildə təxribatlara əl atırlar. Onlar
regionda yaranmış yeni əməkdaşlıq mühitindən faydalanmaq əvəzinə
təxribatlara əl atırlar. Bütün bunlar bird daha göstərir ki,
ermənilər sülh tərəfdarı deyillər, öz xislətlərinə uyğun olaraq
işğalçılıq siyasətlərini davam etdirmək məqsədi güdürlər. Lakin
ermənilər unutmamalıdır ki, onların törətdiyi təxribatın heç biri
cavabsız qalmır. Belə təxribatların hansı acı nəticələrə gətirib
çıxatdığı ermənilərə yaxşı məlumdur.

44 günlük Vətən müharibəsindən əvvəl də ermənilər bu cür ardıcıl
təxribatlara əl atırdılar. Lakin onların bu təxribatlarının onlar
üçün hansı ağır nəticələr verdiyini hər kəs yaxşı bilir. Azərbaycan
ordusu 44 gün ərzində erməni ordusunu darmadağın etdi və
torpaqlarımızdan qovdu. Ermənilər bilməlidirlər ki, dərmir yumruq
hər an yerindədi və istənilən zaman ermənilərin başını əzməyə
hazırdır. Ermənilər unutmasınlar ki, Azərbaycanın səbri tükənməz
deyil və bu cür təxribatlar layiqli cavabını mütləq alacaq”, – deyə
deputat bildirib.

O əlavə edib ki, təəssüflər olsun ki, Rusiya sülhməramlıları bu
cür təxribatlara səssiz qalırlar.

“Əlbəttə ki, Rusiya sülhməramlılarının əsas vəzifəsi sülh və
təhlükəsizliyi qorumaqdır. Belə olan halda onlar bu qanusuz silahlı
birləşmələrin Azərbaycan ərazilərində təlim keçməsinə niyə səssiz
qalırlar, nə üçün erməni separatçıları ilə bağlı hər hansı bir ölçü
götürmürlər? Rusiya sülhməramlılarının bu cür dvranışı Azərbaycan
cəmiyyətində haqlı narazılığa səbəb olur”, – deyə A.Həsənova əlavə
edib.

Teqlər: