Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyanla görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşün səfirin xahişi ilə baş tutduğu bildirilib.
Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin müzakirə olunduğu vurğulanıb.