Avropa Parlamentinin (AP) üzvləri noyabrın 19-da növbəti dəfə Azərbaycan əleyhinə bəyanata imza atdılar. 33 nəfərin imzaladığı bəyanat dövlətlərarası təşkilatlara, o cümlədən, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozep Borra ünvanlanıb. Qeyd edilib ki, “Azərbaycan silahlı qüvvələri noyabrın 16-da Ermənistanın şərq sərhəddi boyunca hücuma keçib, “Ermənistanın ərazi bütövlüyünə qəsd edib”.Bəyanat müəllifləri “Ermənistanın ərazi bütövlüyünə qəsd edilməsinin qarşısını almaq üçün” Avropa İttifaqını bütün rıçaqlardan istifadə etməyə çağırıblar.
İmza sahibləri bəyanatda Azərbaycan haqda yanlış təsvir veriblər. Ölkəmizi “təcavüzkar dövlət” kimi xarakterizə edərək, 9 (10) noyabr 2020-ci il tarixli atəşkəs müqaviləsinin şərtlərini intensiv şəkildə pozmaqda qınayıblar. “Azərbaycan silahlı qüvvələrinin Ermənistan ərazisindən dərhal, heç bir şərt irəli sürmədən çıxarılmasını” tələb ediblər (https://asbarez.com/33-european-lawmakers-urge-baku-to-withdraw-forces-from-armenia/).
Bu, Avropa Parlamenti və onun üzvləri tərəfindən son bir il müddətində yayılmış ilk qərəzli bəyanat deyil. II Qarabağ savaşının başlanmasından bu yana AP mövzu üzrə bir neçə dəfə bəyanat yayıb. Bu bəyanatların heç birində gerçək işğalçı ilə işğal olunan arasında fərq qoyulmayıb. Yaxud, işğalçının tərəfində yer tutulub, Ermənistanın siyasətinə birbaşa və dolayı dəstək verilib. Məsələn, Avropa Parlamentinin 120 deputatı bu il mayın 4-də Azərbaycan silahlı qüvvələrinin zərərsizləşdirdiyi terroristləri “ermənistanlı hərbi əsirlər” kimi təsnif edən bəyanat yayıblar. Azərbaycanı həmin “hərbi əsirlərə” qarşı qeyri-insani rəftarda qınayıblar, “hərbi əsirlərin” geri qaytarlması üçün Azərbaycana təzyiqlər göstərilməsi üçün çağrış ediblər (https://www.euractiv.com/section/armenia/news/eu-lawmakers-urge-pressure-on-azerbaijan-to-free-armenian-pows/ ). Bu bəynatın ardınca- may ayının 20-də- Avropa Parlamenti eyni məzmunlu qətnaməyə imza atıb (https://www.europarl.europa.eu/news/en/press-room/20210517IPR04125/human-rights-chad-haiti-and-armenian-prisoners-of-war-in-azerbaijan).
AP-nin Cənubi Qafqaz əlaqələri üzrə nümayəndəliyinin noyabrın 17-də yaydığı bəyanatda da birmənalı şəkildə Ermənistanın təcavüzkar siyasətinə dəstək verilir. Azərbaycanın sərhəd bölgələrində gömrük xidmətini tətbiq etməsindən narahatlıq ifadə olunur. Bu fəaliyyətlər “Azərbaycan ərazilərindən keçən ermənilərin yollarının çətinləşdirilməsi” kimi qələmə verilir ( https://www.europarl.europa.eu/cmsdata/242369/20211117_AZ-AM%20border%20escalation_joint%20statement.pdf ).
Avropa Parlamentinin 33 nəfər üzvünün noyabrın 19-da imzaladığı bəyanat son bir il ərzində sərgilənən siyasətin davamıdır. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borrelə ünvanlanan müraciətdə Azərbaycan üzərinə sanksiyalar tətbiq edilməsi istənilir.
Avropa Parlamenti monoton siyasi institut deyil, üzv dövlətlərin əksəriyyəti Azərbaycanla yüksək səviyyəli, ikitərəfli əməkdaşlığa malikdirlər. Qarşılıqlı maraqlara, hörmətə əsaslananmünasibət var. Bu fonda AP-nin Ermənistana dəstək vermsinin, Azərbaycana qarşı çıxmasının səbəbi nədir? AP adından yayılan anti-Azərbaycan ruhlu bəyanatları kim təşviq edir?
AP adından yayılsa da, bəyanatı yalnız “Ermənistanla dostluq qrupu”nun üzvləri imzalayıblar
Ermənistanda məşhur KİV-lərdən olan “Armenpress.am” saytı Avropa Parlamentində qəbul edilən anti-Azərbaycan bəyanatın hansı şərtlər daxilində ortaya çıxdığını, kimin təşəbbüsü ilə ərsəyə gəldiyini araşdırmaq üçün istiqamət verir. Xəbər saytının mövzu üzrə hazırladığı informasiyadan bəlli olur ki, 19 noyabrda yayımlanan və Azərbaycanı təcavüzkarlıqda ittiham edən bəyanatı imzalayanlar Avropa Parlamentində təmsil olunan “Ermənistanla dostluq qrupu”nun üzvləridirlər. Bəyanatı yazanlardan biri- Lukas Furlas “Ermənistanla dostluq qrupu”nun rəhbəridir. Onunla yanaşı dayanan digər həmkarı-Lefteris Xristofor, almaniyalı deputat Lars Patrik Berq, yunan deputat Eva Kaylin və ümumilikdə 33 nəfərin hamısı “Ermənistanla dostluq qrupu”nda təmsil olunanlardır (https://armenpress.am/arm/news/1068692.html?fbclid=IwAR3nwDuAbOzPrQ7sM_jVggk9rlkI3FnXNU6CsUQw1v6ek-NBpVky3LBYLCk ).
Məqalədə diqqət çəkən digər nüans da var. Qeyd edilir ki, Daşnaksütyun, həmçinin Avropa Erməni Milli KomitəsiAvropa Parlamenti üzvlərinin (oxu-“Ermənistanla dostluq qrupu”nun) bəyanatını alqışlayıblar. Vurğulayıblar ki, AP üzvlərinin bəyanatı Avaropaİttifaqının Xarici Fəaliyyət Xidmətinin ( EEAS) bəyanatından fərqlənir: “AP üzvlərinin bəyanatında, EEAS-dan fərqli olaraq, təcavüzkar ölkənin adı açıq şəkildə çəkilir. Təcavüzkar olan Azərbaycanın hərəkətləri pislənilir, Ermənistan Respublikasının suveren ərazisini təcili şəkildə tərk etməsi tələb olunur”.
Əslində, Avropa Parlamentinin fəaliyyətində diqqət çəkən problemlərin, anti-Azərbaycan bəyanatların səbəbləri bu nöqtədən açılır. Avropa İttifaqı bir cür, Avropa Parlamenti isə fərqli formada davranır. Avropa Parlamentinin üzvlərini Avaropa İttifaqının xarici siyasətinə əks olan fəaliyyətə sövq edən nədir? Başqa ölkələrə münasibətdə belə fərqlilik varmı?
AP üzvləri Ermənistanın deyil, milyarder Kaspar Karampetyanın “dostlarıdırlar”
“Ədalət və Demokratiya Naminə ümumAvropa Erməni Federasiyası” (AAFJD) noyabrın 19-da açıqlama yayaraq Avropa Parlamenti üzvlərinin Azərbycan əleyhinə bəynat yaymasını alqışlayıb (https://eafjd.be/33-meps-call-on-the-eu-to-urge-azerbaijan-to-withdraw-forces-from-the-republic-of-armenia/) . EAFJD-nin prezidenti Kaspar Karampetyan adından yayılan açıqlamada Avropa Parlamentinin deputatlarına rəğbət ifadə olunur. Həmçinin, Avaropa İttifaqının Xarici Fəaliyyət Xidmətinə ( EEAS) çağırış edilir ki, AP üzvlərinin müraciətinə diqqətli yanaşsın, Azərbaycana qarşı zəruri addımlar atsın.
Kaspar Karampetyanın açıqlaması sosial media hesablarından da paylaşılıb.Diqqət çəkən məqam odur ki, Facebook hesabından paylaşılan bu açıqlamada AP-nin anti-Azərbaycan bəyanatına imza atmış deputatlardan hər birinin profilləri işarələnib. FB-də işarələmə (tag) üzrə müşahidə aparanda bəlli olur ki, AP-nin “Ermənistanla dostluq qrupu”nun üzvləri, yəni, 19 noyabrda AP adından anti-Azərbaycan bəyanatını imzalayan 33 nəfərdən hər biri Kaspar Karampetyanın “virtual dostlarıdırlar”, biri-digərinin paylaşımlarını ardıcıl olaraq bəyənirlər (https://www.facebook.com/489125751104715/posts/5368655373151704/?d=n ). İstiqamət üzrə araşdırmaları davam etdirəndə fərqli nüanslar da ortaya çıxır.Bəlli olur ki, AP-nin 33 nəfər təmsilçisi ilə Kaspar Karampetyanın dostluğu təkcə virtual müstəvidə qurulmayıb.Qarşılıqlı maraqlara söykənən real əməkdaşlıq da mövcuddur.İntensiv şəkildə görüşür, fəaliyyətlərini koordinasiya edirlər (Bax: Şəkil 3 ).
“Cırtdan dövlətlər”dən, marginal qruplardan, maliyyə maxinasiyalarından istifadə taktikası
EAFJDprezidenti postunu tutan Kaspar Karampetyan Yunanstanda doğulub. Hazırda üçlü vətəndaşlığı var. Yunanstanın, Lüksemburqun, Ermənistanın pasportlarını daşıyır.Lüksemburq üzərində daha çox fokuslanır.Bu seçim isə təsadüfən edilməyib. “Cırtdan dövlətlər” siyahısında yer tutan Lüksemburqunümumlikdə 4 vətəndaşı erməni əsilli olsa da, Karampetyan onları icma halında birləşdirib, özünə təşkilat yaradıb. Ölkə içində müxtəlif platformalarda təmsilçilik qazanmaqla tramplin yaradıb, Lüksemburqun XİN və Parlementinə yol tapıb, burada söz sahibinə çevrilib. Bu məqam özlüyündə Lüksemburqun Azərbaycana qarşı mövqeyini izah edir. 2020-ci il dekabrın 25-də Lüksemburq Deputatlar Palatası tərəfindən Qarabağüzrə qərəzli qətnamə qəbul etməsinin səbəbləri də bu nöqtədən qaynaqlanır (https://azpost.info/luksemburq-parlamenti-%C9%99dav%C9%99tin-alovlandirilmasinda-maraqlidir/ ).
Milyarder, oliqarx, mafiya qurucusu kimi ad çıxarmış Karampetyan Lüksemburqda tətbiq etdiyi modeli sonradan böyüdərək ümumAvropa miqyasına çıxarıb. “Ədalət və Demokratiya Naminə ümumAvropa Erməni Federasiyası”nın (EAFJD ) prezidenti seçilib. Rəhbərlik etdiyi təşkilatAvropada mövcud olan erməni diaspor və lobbi təşkilatlarının çətiri funksiyasını icra edir.Bu missiya isə ona təsadüfən həvalə edilməyib. Kaspar Karampetyan milyarderd, oliqarx, mafiya qurucusu imkanlarından faydalanaraq,EAFJD adından istifadə edərək Avropada “Ermənistanın dostlarını” qidalandırır. O, dünyada təsirli trendlərdən sayılan “mafiya-lobbi” mexanizmininqurucularındandır.
“Ədalət və Demokratiya Uğrunda Avropa Erməni Federasiyasının ( https://www.eafjd.eu) yaradılmasının əsas məqsədi Avropada Ermənistanın dövlət maraqlarını qorumaq, “Ermənistan və Artsaxın dostlarının” çevrəsini genişləndirməkdir. EAFJD öz fəaliyyətini Ermənistanın Aİ-dəki missiyası, diplomatik heyəti ilə koordinasiya edir.
2021-ci il noyabrın 9-da Avropa Parlamentinin “Ermənistanla dostluq qrupu”nun işi bərpa edilib(Şəkil-3). “Dostluq qrupu”nun prezidentipostuna Avropa Parlamentinin deputatı, Karampetyanın şəxsi dostu Lukas Furlas seçilib. Kaspar Karampetyan bərpa toplantısında çıxış edərək deyib: “Biz əminik ki, dostluq qrupu Ermənistan və Artsaxda ədaləti qorumaq, xalqımıza kömək etmək üçün təşəbbüslərlə çıxış edəcək”(https://horizonweekly.ca/en/european-parliaments-friendship-group-with-armenia-relaunched/ ) . Buçıxışdan cəmi 10 gün sonra AP üzvləri adından anti- Azərbaycan bəyanat ortaya çıxıb.
Aparılan araşdırmalar Karampetyanın AP üzvlərini “dostluğa cəlb etmək” taktikasına da aydınlıq gətirir.Avropa Parlamentində “Ermənistanla dostluq qrupu”nun sədri postunu Lukas Furlasdan öncə Eleni Teoxaraus daşıyıb. O da öz xələfi kimi AP-yə yunan Kiprindən gəlib. Qrupun digər bir üzvü- Lefteris Kristofer də yunan Kiprinintəmsiçisidir.
Görünən odur ki,Karampetyan Lüksemburqda olduğu kimi, Kiprdə də iqtisadi-siyasi rıçaqlara malikdir. Kiçik dövlətlərdə investisiya yatırıb söz sahibinə çevrilmək, sonradan bu dövlətləri öz marağına uyğun istifadə etmək, tramplin kimi faydalanıb Avropa strukturlarına daxil olmaq taktikası Karampetyanın karyerasında xüsusi xətt kimi keçir. Eyni zamanda, ermənilərin Kiprdə çoxəsrlik mövcudluqları da ortadakı xoş münasibətləri şərtləndirən amillərdəndir.
Eleni Teoxarus öz ölkəsində şübhəli fəaliyyəti, qalmaqallı olayların iştirakçısı kimi tanınıb. Kiprdə keçirilən seçki kampaniyaları zamanı rəqiblərinin ona qarşı irəli sürdükləri ittihamlardan biri də formalaşdırdığı siyasi partiyanın maliyyə qaynaqlarının şəffaf olmaması ilə bağlıdır.
Avropa Parlamentində Xalq Partiyası Fraksiyasının üzvü olan Eleni Teoxarus “qondarma qurumlarla əməkdaşlıq” və “sifarişli spiker”imici ilə məşhurdur. 2018-ci ildə Albaniya dövlətinin ərazi bütövlüyünü şübhə altına alan ifadələrinə görə o, arzuedilməz şəxs elan edilib, ölkəyə girişinə qadağa qoyulub. İşğal dövrlərində Dağlıq Qarabağa da səfəri olub.Bu cür fəaliyyətləri səbəbindən Avropa Parlamentinin proqramlarından təcrid edilib ( https://ikisahil.az/post/112059-news-112059 ).
Belə neqativ imicə malik bir şəxsin- Eleni Teoxarusun- mafioz Kaspar Karampetyanla əməkdaşlıq etməsi təsadüfi deyil.Eleni TeoxarusKarampetyan tərəfindənqiymətli hədiyyələrlə mükafatlandrılıb (Bax-şəkil-2). Karmpetyanla dostluq onun bütün karyerasını müəyyənləşdirir, bütün çətinliklərdən sağ çıxmasını stimullaşdırır.
Analitik mərkəzlər tərəfindən hazırlanan, Avropa dövlətlərində aktiv mafiya qruplarının fəaliyyətini əks etdirən materiallarada Kaspar Karampetyanın adı qırmızı xəttlə keçir. “Erməni qruplarının miqyası və xarakterləri” adlı yazıda Karampetyana həsr edilmiş xüsusi paraqraf var (https://www.sovranitapopolare.org/2021/05/12/mafia-armena-in-europa/). Qeyd edilir ki, Kaspar Karapetyan Belçikadakı erməni mafiyasının xaç atasıdır. O, qanunsuz almaz biznesi ilə məşğuldur. Afrikanın münaqişəli bölgələrindən çoxrəngli brilyantları qaçaqmalçılıq yolu ilə Avropaya daşıyır.Karampetyanın topladığı gəlirin bir hissəsi Qarabağdakı separatçı hərəkatın maliyyələşdirilməsinə sərf edilib.Həmçinin, Avropadakı radikal erməni təşkilatlarının dəstəklənməsinə də vəsait ayırıb.O, Avropadakı digər bir radikal erməni qrupunun rəhbəriVartan Sirmakes ilə koordinasiya edilmiş fəaliyyət göstərir. Vartan Sirmakesi İsveçrədə erməni mafiyasının xaç atası adlandırılır.1998-ci ildə saatsaz Frank Müller ilə birlikdə “Franck Muller” şirkətini yaradıb.Paralel şəkildə “ArmSwissBank”-ın prezidentidir.Eeyni zamanda Ermənistanın Fransadakı (Marsel) baş konsuludur.
Karampetyan 2017-ci il martın 15-də Strasburqda məşhur olan“Le Bartholdi Pub” restoranında Avropa Parlamentinin bir sıra deputatlarını masaya toplayıb, onlara qiymətli hədiyyələr bağışlayıb. O, “Ədalət və Demokratiya Naminə ümumAvropa Erməni Federasiyası”nın sədri qismində Avropa Parlamentinə, digər beynəlxalq təşkilatlara daxil olur, qiymətli hədiyyələrlə onları ələ keçrir (Şəkil-2). KarampetyanEleni Teoxarusa da bahalı boyunbağı və qızıl külçəli qutu hədiyyə edib.Teoxarus bundan sonra AP-də “Ermənistanla dostluq qrupu”nun rəhbərinə çevrilib.
Avropa Parlamentinin nüfuzu Avropa Biliyində niyə azdır ?
Avropa Parlamenti Avropa Birliyinin 5 institutundan biridir. Yəni onun tərkub hissəsidir.Buna rəğmən, AP-nin nüfuzu AB-də çox zəifdir.Almaniyadan olan “Yaşıllar fraksiyası”nın rəhbəri Rebekka Harms bunun səbəbini belə izah edir ki, AP”Avropaya birbaşa aid olan mövzuları, Avropanın problemlərini müzakirə etmir”, zəruri məsələlərə kifayət qədər yer ayırmır: “AP-nin gündəliyini lobbi qrupları formalaşdırır, hər kəs öz marağını təmin etməyə çalışır”. Almaniyada məşhur məsəl formalaşıb: “Əgər babanız bekardırsa, heç bir işi yoxdursa, onu Avropa Parlamentində oturmağa göndərin” (Hast du einen Opa, schick ihn nach Europa!). İndi belə görünür ki, AP-yə göndərilənlər orada “mürgüləyib, vaxt keçirmirlər”.Həm də Karampetyanlarla əlbir olub maraqlı anlar yaşayırlar.Nəticədə Avropa Parlamenti lobbi qruplarının paliqonuna çevrilir.
Müşfiq Ələsgərli, Yeganə Hacıyeva
EAFJD prezidenti Kaspar Karampetyan
Eleni TeoxarusKaspar Karampetyandan hədiyyə alır
AP-də “Ermənistanla dostluq qrupu”nun üzvləri Karampetyanla bir yerdə
Lefteris Kristofer EAFJD-nin ofisində Karampetyanla yanaşı.
Lefteris Kristofer EAFJD-nin ofisində Karampetyanla iclasda