Erməni sakinlərin hüquqlarının təmini üçün hansı işlər görülüb?

Erməni sakinlərin hüquqlarının təmini üçün hansı işlər görülüb?

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 2-də Anqlikan Kilsəsinin dini rəhbəri, Kenterberi Arxiyepiskopu Castin Velbi ilə görüşdə Qarabağın erməni sakinlərinin hüquqlarının təmin olunması üçün görülən işlərdən danışıb.

AzerTimes xəbər verir ki, dövlət başçısı antiterror tədbirləri dayandırıldıqdan sonra mərkəzi hökumət tərəfindən Qarabağ bölgəsində yaşayan erməni əhalisinə genişmiqyaslı humanitar yardımlar edildiyini vurğulayıb.

Prezident İlham Əliyev miqrasiya, sosial müdafiə və səhiyyə sahələri ilə bağlı əhaliyə yerində xidmətlər göstərildiyini diqqətə çatdırıb.

Dövlət başçısı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qarabağın erməni sakinlərinin hüquqlarının və təhlükəsizliyinin təmin olunması ilə bağlı geniş ictimaiyyətə, həmçinin ermənilərə ünvanlanmış bəyanat verdiyini vurğulayıb.

Teqlər: