Erməni sakinlərə tarixi fürsət… – General

Erməni sakinlərə tarixi fürsət… – General

Millətçi ideoloqların, separatçı rejimin girovluğundan xilas edilən və nəhayət, rahat, qorxusuz-ürküsüz, rifah içərisində yaşamaq imkanı əldə edən erməni sakinlərinə Azərbaycan vətəndaşlığı almaq və reinteqrasiya prosesinə başlamaq üçün dövlətimiz tərəfindən tarixi fürsət verilib.

AzerTimes xəbər verir ki, bunu Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib.

Onun sözlərinə görə, ötən dövrdə Azərbaycan Silahlı Qüvvələrinin “Qisas”, “Qətiyyətli cavab” və digər hərbi əməliyyatları, həmçinin bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulması “Dəmir yumruğ”un gücünün, mövcudluğunun davamlılığını əyani göstərdi: “Lokal miqyaslı antiterror tədbirləri isə separatçı rejimin tam iflasını və ərazimizdə mövcud olan “boz zona”nın birdəfəlik ləğvini təmin etdi”.

R.Usubov qeyd edib ki, nəyi necə və nə vaxt etməyi hamıdan yaxşı və dəqiq bilən Prezident İlham Əliyevin yüksək peşəkarlıqla və qətiyyətlə həyata keçirdiyi strateji plana uyğun olaraq, Qarabağdakı proseslər saat hesabı ilə xeyrimizə dəyişir: “Bütün Qarabağda artıq Azərbaycan bayrağı dalğalanır. Məhv edilən separatçı rejimin tör-töküntüləri tərk-silah olunur, “boz zona”nın minasızlaşdırılması və silahsızlaşdırılması prosesi uğurla həyata keçirilir, onların cinayət məsuliyyətinə cəlb edilən avantürist başçıları Bakı həbsxanalarında istintaqa ifadə verirlər. Bu ərazilərin də hər qarışı çox qısa zamanda Azərbaycanın yeni quruculuq ünvanlarına çevriləcək. Həmçinin millətçi ideoloqların, separatçı rejimin girovluğundan xilas edilən və nəhayət, rahat, qorxusuz-ürküsüz, rifah içərisində yaşamaq imkanı əldə edən erməni sakinlərinə Azərbaycan vətəndaşlığı almaq və reinteqrasiya prosesinə başlamaq üçün dövlətimiz tərəfindən tarixi fürsət verilib”.

Teqlər: