Hesab edirəm ki, iki xalqın düşmən olmasına səbəb Mixail Qorbacovdur.
AzerTimes Report-a istinadən xəbər verir ki, bunu Qarabağın erməniəsilli sakini Slava Usebyan deyib.
Onun sözlərinə görə, azərbaycanlılarla həmişə münasibətləri yaxşı olub, duz-çörək kəsib:
“Mən Xankəndidə, eyni zamanda Bakıda da yaşamışam. Orta məktəbi də elə paytaxtınız Bakıda bitirmişəm. Bakıda Montin qəsəbəsində qalırdım. Azərbaycanlılarla duz-çörək kəsmişəm, çox yaxşı insani münasibətlərimiz olub. Allah etsin, yenidən mehribançılıq olsun. İki evimi-eşiyimi qoyub, çıxdım Xankəndidən. Yanğından mühafizə idarəsində rəis müavini vəzifəsində çalışmışam. Bakıdakı dostlarımla olan şəkillərimi hər zaman saxlayırdım. Erməni tərəfi düşünür ki, məni burda saxlayıblar. Amma çox rahat şəkildə heç bir təzyiq olunmadan keçid edirəm”.