ABŞ erməni millətindən olan Slovakiya vətəndaşı, 56 yaşlı Aşot Mkrtıçevə sanksiya tətbiq edib.
AzerTimes xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Aşot Mkrtıçev 2022-ci ilin sonu və 2023-cü ilin əvvəlində Rusiya və Şimali Koreya arasında iyirmi növdən çox silah və sursatın satışı və barterinin təşkilində iştirak edib.
ABŞ Maliyyə Nazirliyi aydınlaşdırıb ki, silah müqabilində Şimali Koreya müxtəlif əşyalar – sərnişin təyyarələrindən tutmuş xammal və mallara qədər – alıb.