Erməni qubernator: Ölü sayını deyə bilmərəm, yaralılar isə…

Erməni qubernator: Ölü sayını deyə bilmərəm, yaralılar isə…

Son sərhəd toqquşmasında Ermənistan silahlı qüvvələrinin itkiləri haqda rəsmi açıqlama hələ də verilməyib.

AzerTimes xəbər verir ki, erməni jurnalistlər bu sualla Göyçə vilayətinin qubernatoru Karen Sərkisyana müraciət edib.

“Ölənlərlə bağlı məlumatı deyə bilmərəm, onu Müdafiə Nazirliyindən soruşun. Yaralıların sayı isə 80 civarındadır”, – o bildirib.

Qeyd edək ki, erməni teleqram kanalları Ermənistan ordusunun son sərhəd toqquşmasında itkilərinin sayının 400-ə çatdığı haqda qeyri-rəsmi mənbələrə istinadla məlumat yayıb.

Teqlər: